Bələdiyyə sədri bu səbəbdən CƏZALANDIRILDI - Foto

media-hightechnic-468x90

Tərtər şəhərində ağacların dibinin betonlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan məlumat yerində araşdırılıb.

ETSN-dən Yenicag.az-a verilən məlumata görə, araşdırma zamanı Tərtər şəhəri, Nizami küçəsində Tərtər bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində 17 ədəd müxtəlif cinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib.

Faktla bağlı əraziyə cavabdeh Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub.

Ağacların dibi Nazirliyin əməkdaşlarının nəzarəti altında betondan təmizlənərək suvarılıb.

Ağaclara gələcəkdə aqrotexniki qulluq göstərilməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa