Masallı rayon Böyük Xocavar kənd Bələdiyyəsinin sədri şəhid atasını təhqir edib.
Yenicag.az-ın əldə etdiyi videoda şəhid atası ona bələdiyyə sədrinin şərait yaratmamasından şikayət edir. Masallı rayon Böyük Xocavar kənd bələdiyə sədri isə bunun cavabında Şəhid atasına, “Sənin başın işləmir”,- deyə cavab verir.
Təqdim etdiyimiz videodan da göründüyü kimi Bələdiyyə sədri oğlunun koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanada işlədiyini qeyd edərək şəhid atasına, “Mənim oğlum sənin oğlundan da betər yerdədir”,- deyir.
Şəhid atası ilə bələdiyyə sədri arasında keçən dialoqun videosunu sizə təqdim edirik: