Bərdədə yol qəzalarında 2 piyada öldü

media-hightechnic-468x90

Bərdədə baş verən 2 yol-nəqliyyat hadisələri zamanı iki piyada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, rayonun Qasımbəyli kəndi ərazisində kənd sakini A.Hidayətli idarə etdiyi “Lada-2110” markalı avtomobillə yolu keçən şəhər sakini Pərviz Əhmədovu vurub. Qəza nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Analoji hadisə şəhər mərkəzində qeydə alınıb.

Şəhər sakini R.Məmmədov idarə etdiyi “Opel” markalı  avtomobillə yolu keçən Otuzikilər kənd sakini Məhəmməd Xəlilovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki hadisə ilə bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600