Beren Saat hamiləliyi haqda danışdı
Aktrisa Beren Saat son zamanlar barəsində yayılan şayiələr haqqında danışıb.
Həyat yoldaşı ilə birgə səsləndirdiyi “Minyonlar” cizgi filminin qala gecəsinə qatılan aktrisa hamiləliyi haqqında belə deyib:
“Biz haqqımızda çıxan xəbərlərə reaksiya verməmiş yayılır. Hamiləlik xəbərləri yayıldı, amma həqiqətə uyğun deyil”.
B.Saat qayınanası ilə münasibətlərinin pozulması barədə xəbərlərə də reaksiya verib:
“Sosial şəbəkədə dostluqdan çıxarıbmışam, izləməni dayandırıbmışam… Bunlar hamısı yalan xəbərdir. İnsan münasibətləri mediada belə olmamalıdır”.
Cütlük Bodrumdakı istirahət zamanı paparassilər onları rahat buraxmadığı üçün doyunca günəş vannası qəbul etmədiklərini deyib:
“Nə edə bilərik. Bizim işimizin mənfi tərəfi də budur…”