Beyləqan rayonunda Yeni kurikulum və İnkluziv təhsil üzrə təlimlərə start verilib

media-hightechnic-468x90

11180066_1111157202244530_1754642257_n8Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə və “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” (BGMSİ) İctimai Birliyi tərəfindən “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi” çərçivəsində Beyləqan rayonunda “Beyləqan rayonunda inkluziv təhsil sahəsində çalışan pedaqoji kadrların peşəkarlıq səviyyəsinin və bacarıqlarının artırılması”layihəsi çərçivəsində 23 aprel 2015- ci ildə

“Yeni kurikulum və İnkluziv təhsil” üzrə təlimlərə start verilib.

Təşkilatın rəhbəri Zaur Quliyevin verdiyi məlumata görə, Layihənin əsas məqsədi Beyləqan rayonunda müxtəlif məktəblərdə çalışan pedoqoji kadrların inkluziv təhsil üzrə peşəkarlıq səviyyəsinin, bilik və bacarıqlarının artırılmasıdır. Bunun üçün hər birində 30 nəfər olmaqla 2 ayrı qrupda müəllimlər üçün təlimlər təşkil edilməklə yanaşı, müəllimlərin sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılmış Günərzi Qayğı və İnkluziv Təhsil Mərkəzlərinə səfəri və mübadilə-çarpaz görüşləri təşkil edilərək, onların praktiki fəaliyyətlərinə dəstək olacaqdır. Layihəyə cəlb edilmiş təcrübəli təlimçi Nərminə Əkbərova təlim ərzində iştirakçılara Yeni kurikulum, kurikulumun strukturu və prinsipləri, öyrənmə tərzləri, perspektiv və cari planlaşdırma, fəal təlim forma və üsulları, inküliziv təlimdə kurikulum, bərabərlik prinsipi, inklüziv təhsil üzrə fəaliyyətlər, fəal təlim metodları, Aktiv terapiyaya psixoloji hazırlıq, Müəllimin psixi və mənəvi hazırlığı, Tibbi və sosial model və sair haqqında təqdimatlar edəcəkdir. Bütövlükdə təlim fəal və interaktiv iştirakçılıq, ekspertlərlə müzakirələr, təqdimatlar, qrup işləri, rol oyunları, audivizual görüntülər vasitəsilə həyata keçirilir. Təlimin ilk günü iştirakçılar öz ideya və düşüncələrini, təcrübələrini bölüşməklə təlim kursunun effektiv və məhsuldar olmasına öz töhfələrini veriblər.

3 gün davam edən təlimin sonunda hər bir iştirakçıya təşkilat tərəfindən müvafiq sertifikatlar təqdim olunacaqdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600