“Beynəlxalq hüquqi qiymət məsələsinə realist yanaşmalıyıq”

Millət vəkili Fazil Mustafa bildirir ki, soyqırım elə bir məsələdir ki, bunu fakt olaraq dünyanın gündəminə gətirməkdən çox şeylər asılıdır. 31 mart soyqırımı barədə bilgilərə biz əsasən müstəqillikdən sonrakı dövrdə qovuşduq.
“Yalnız müstəqillikdən sonra konkret olaraq bir dövlət- Azərbaycan respublikası bu məsələnin arxasında olduğunu, tarixi həqiqətləri təqib edəcəyini bəyan etdi. Bu isə 20-ci əsrin əvvəllərindəki tarixə təbii olaraq baxış üçün bizə yad qüvvələrdə hansısa həyəcan və ya stimul yaratmadı. Konkret olaraq da ittiham olunacaq subyektlərin qeyri-müəyyənliyi problemi var. Yəni o zamankı bolşevik-daşnak vəhşiliyinə görə kimin məsuliyyət varisliyini öz üzərinə götürməsi sual altındadır. Ona görə də bu hadisəni hər zaman araşdıraraq, qətl edilən soydaşlarımızın xatirəsini uca tutaraq, əsas diqqəti soyqırım kimi tanınması perspektivi olan Xocalı hadisələrinə yönəltməliyik. Çünki burada video materiallar, yaxın tarixin sənədləri və konkret ittiham olunacaq erməni liderləri var. Bu baxımdan da beynəlxalq hüquqi qiymət məsələsinə realist yanaşmalıyıq”.-deyə deputat sözlərinə əlavə edib.
Kamran