!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Bəzi futbolçular meydanda yox kimi idilər" - Samir Abasov

!Reklam – Yazi

“Sumqayıt” Azərbaycan Premyer Liqasının ikinci turunda səfərdə “Qəbələ”yə 0:1 hesabı ilə uduzub.

Yenicag.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında məğlubiyyəti şərh edib:

“Birinci səfər oyunumuz idi. Gözlədiyimizdən də çətin oyun alındı. Komandada bəzi futbolçular meydanda yox kimi idilər. Bu da bizə çətinlik yaratdı. Oyunda “Qəbələ” üstün idi. Belə olacağını da gözləyirdik. İnanırdıq ki, bütün heyətlə, var gücümüzlə oynasaq, nəsə edə bilərik. Əfsuslar olsun ki, 2-3 nəfərdən istədiyimizi ala bilmədik.

– Konkret kimlərdən narazı qaldınız?

– Xəyal Nəcəfov və Cavid Tağıyevdən narazı qaldım.

– Təcrübəli futbolçularınız nədən çəkinirdilər?

– Həqiqətən də təcrübəli futbolçular da özlərini yaxşı tərəfdən göstərmədilər. Bəlkə də bu, ilk səfər oyunumuz olmağından irəli gəlirdi. Amma ikinci turdu, qlobal problem deyil. Təcrübəli dediyiniz oyunçuların əksəriyyəti son illər oyun təcrübəsi baxımından əziyyət çəkirdilər.

– Nəticə sizin üçün gözlənilməz olmadı?

– Keçən illə müqayisədə özümüzə daha çox inanırdıq. Rəqibin “İnter”lə oyunu da bizə motivasiya vermişdi. Bura ən azı 1 xal üçün gəlmişdik.

– Növbəti turda “Zirə” ilə qarşılaşacaqsınız. Bu oyunsan nə gözləyirsiz?

– Hələ bu oyun barədə düşünmürəm. “Zirə”nin bugünkü oyununa 70 dəqiqə baxdıq. Növbəti matçla bağlı nəsə demək üçün bir az vaxt lazımdı.

Emin, Qəbələ

Yenicag.az

COP29

www.yenicag.az

993
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv