"Bəzi peşələr yoxa çıxır" - Məleykə Abbaszadə

media-hightechnic-468x90

“Bəzi peşələr yoxa çıxır, yeniləri yaranır”.

Yenicag.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “PeşəFest”in yekun tədbirində deyib.

O bildirib ki, gənclərin maraq göstərmədiyi ixtisaslarda ciddi çatışmazlıq yaranır:

“Gənclər nüfuzlu ixtisas əldə etmək istəyir. Bu gün prestij faydalı olmaq, problemləri həll etmək, işini bacarmaqdadır. Müasir çağırışları gənclər nəzərə alaraq özlərinə sual verməlidir”.

DİM sədri əlavə edib ki, süni intellekt və avtomatlaşdırma ixtisasları bu günümüzdür:

“Bu reallıq əmək bazarındadır. Bəzi peşələr yoxa çıxır, yeniləri yaranır. Özünüinkişaf və davamlı öyrənmə prosesləri vacib bacarıqdır. Real imkanlara əsaslanaraq bacarıqlara yiyələnmək əmək bazarında uğura yola açacaq”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa