!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binance-in baş direktoru Riçard Tenq Bitcoin-in 100,000 ABŞ dolları səviyyəsinə çatmasını şərh edir

!Reklam – Yazi

 

 

Bu, Bitcoin-in niş aktivdən əsas maliyyə alətinə çevrilməsi yolunda dönüş nöqtəsidir. Bitcoin-in 100,000 ABŞ dolları səviyyəsini keçməsi ilə o, institusional və fərdi investorların artan marağını cəlb etməyə davam edir, kriptovalyutaların qlobal maliyyə mənzərəsində mövqelərini möhkəmləndirir və onların daha geniş yayılmasına təkan verir.

2009-cu ildə ilk blokun mədənindən təxminən 16 il sonra Bitcoin bir token üçün 100,000 ABŞ dolları səviyyəsinə çatıb və bunun nəticəsində bu aktivin ümumi bazar kapitallaşması 2,1 trilyon ABŞ dollarına yüksəlib. Beləliklə, Bitcoin bazar kapitallaşması 2 trilyon ABŞ dollarını aşan yeddi aktiv və ya şirkətdən ibarət çox məhdud siyahıya daxil olub. Bu siyahıya qızıl və texnoloji nəhənglər – NVIDIA, Apple, Microsoft, Alphabet (Google) və Amazon daxildir.

Bitcoin-in tarixi rallisi token başına 100,000 ABŞ dollarına çatarkən, bu hadisə bazarda əhəmiyyətli struktur dəyişiklikləri, Tramp administrasiyası dövründə ABŞ tənzimləmələrində mümkün dəyişikliklər və Bitcoin ETF-lərinin uğurlarından qaynaqlanan institusional qəbul fonunda baş verir. ABŞ-da Bitcoin-in strateji ehtiyatının yaradılması ilə bağlı müzakirələr və Bitcoin-i korporativ xəzinələrinə əlavə edən şirkətlərin sayının artması, Bitcoin-in qlobal miqyasda həqiqi qəbulunun astanasında olduğumuzu göstərir.

 

Böyüməyə təsir edən amillər:

–        Son makroiqtisadi şərait dəyişiklikləri Bitcoin rallisində mühüm rol oynayıb. ABŞ Federal Ehtiyat Sistemi uzun müddət davam edən sərtləşmədən sonra faiz dərəcələrini endirdiyi və qlobal likvidliyin artdığı bir dövrdə, kapital inflyasiyaya davamlı və məhdud resurs kimi qəbul edilən aktivlərə yönəldi. Məhdud sayda (21 milyon) mövcud olan Bitcoin, fiat valyutasının dəyərsizləşməsindən qorunmaq üçün təbii seçimə çevrildi, bu da tələbin artmasına səbəb oldu;

 

–        Tramp administrasiyası tərəfindən kriptovalyuta ilə bağlı potensial tədbirlər bazara optimizm gətirdi, çünki ABŞ-ı qlobal kripto mərkəzinə çevirmək vədi seçki kampaniyası zamanı verilmişdi. ABŞ-ın strateji Bitcoin ehtiyatı və qanunvericilikdəki potensial dəyişikliklər barədə müzakirələr investorların etibarını daha da gücləndirir;

 

–        Microstrategy şirkətinin Bitcoin-ləri sürətlə əldə etməsi rəqəmsal aktivlərin korporativ xəzinələrə cəlb edilməsində artan tendensiyanı vurğulayır: hazırda şirkət ümumi Bitcoin həcminin 1,5%-nə sahibdir. Marathon Digital və, bəlkə də, Microsoft kimi digər şirkətlər də bu nümunəni izləyir ki, bu da Bitcoin-in strateji aktiv kimi daha geniş qəbuluna işarə edir.

 

–        Bitcoin ETF fondlarının, eləcə də son zamanlarda bitcoin ETF fondlarına opsionların ortaya çıxması institusional investorlar üçün gəlir əldə etməyi və riskləri hedc etməyi asanlaşdırdı ki, bu da son dövrlərdəki ralliyə əhəmiyyətli dərəcədə töhfə verdi. Bu ETF-lərə əhəmiyyətli maliyyə axını sayəsində bitcoin əsas maliyyə bazarlarına daha da inteqrasiya olunmağa hazırdır.

www.yenicag.az

159
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv