Binanın zirzəmisindəki sudan timsah çıxdı

media-hightechnic-468x90

Sankt-Peterburqda binaların birinin zirzəmisində timsah aşkarlanıb.

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onu həmin binanın sakinləri zirzəmiyə toplanmış suda aşkar ediblər. Onlar timsahın şəkillərini çəkərək, sosial şəbəkələrdə yayıblar. Lakin timsahın dəqiq ölçüləri və digər məqamlar barədə məlumat verilmir.

Qeyd edək ki, timsahları dünyanın bir sıra ölkələrində, eləcə də Rusiyada ev heyvanı kimi bəsləyənlər var. Belə sürünənlərin uzunluğu adətən 2,5 metrdən çox olmur. Bu timsahların vəhşilərlə müqayisədə dişləri də az olur.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600