Binəqədi sakinləri yollarda qalır: “Avtobus 50 dəqiqəyə gəlir!”
Bakı şəhərinin Binəqədi qəsəbəsində yaşayan sakinlər 108-B nömrəli müntəzəm avtobus xətti ilə bağlı ciddi narahatlıq keçirdiklərini dilə gətiriblər.
Yenicag.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşım edən sakinlərin sözlərinə görə, bu marşrut üzrə hərəkət edən avtobuslar günün istənilən saatında ləng, uzun intervallarla işləyir, insanlar ciddi çətinliklə qarşılaşırlar.
Şikayətçilərdən biri qeyd edir ki, Binəqədi daş bazarından Azadlıq metrostansiyasına getmək üçün 50 dəqiqə dayanacaqda gözləməli olub:
“Adi hallarda isə bu interval 30-40 dəqiqə olur. Nədir bu çəkdiyimiz? Nə üçün normal interval ilə işləmirlər axı? Niyə camaatı dolamısız? Hələ kobud, özbaşına sürücülərini demirəm”.
Nəsimi Ələsgərli