!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bir adamın digərini söyməsini düzgün hesab etmirəm” – Hafiz Hacıyev

!Reklam – Yazi

hafizFilippin prezidenti Rodrigo Duterte əvvəlcə amerikalı həmkarı Barak Obamanı, sonra isə BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl Hüseyni təhqir edib. Ard-arda bu kimi çıxışlar edən Dutertenin məqsədinin nə olduğu heç kimə bəlli deyil. Ümumiyyətlə, bir ölkənin dövlət başçısının söyüş söyməsi, həmkarlarını, diplomatları təhqir etməsi nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, ümumiyyətlə söyüş söymək ədəbsizlikdir. Onun sözlərinə görə, dövlət rəhbərinin öz həmkarını və ya diplomatı söyməsi səlahiyyətdən sui-istifadədir:

“Belə adamlar təsadüfən vəzifə sahibi olur və deyərdim ki, belələrinin sayı indiyədək dünyada çox olub. Ola bilsin ki, təhqiramiz ifadələr işlədən insanların əxlaq tərzi, dünyagörüşü o cür formalaşıb. Ümumiyyətlə, bir adamın digərini söyməsini, təhqir etməsini düzgün hesab etmirəm. Tənqid etmək olar, amma təhqirə yol vermək olmaz”.

Flippin prezidentinin həmkarı Barak Obamanı və BMT-nin ali komissarını təhqir etməsi məsələsinə toxunan H.Hacıyev deyib ki, Duterte gündəmdə qalmaq üçün bu kimi addımlar atır:

“Ümumiyyətlə, Flippində hazırda acınacaqlı vəziyyətdir. Flippin prezidentinin timsalında, bir dövlət başçısının digərini təhqir etməsi doğru deyil. Ona kim səlahiyyət verib ki, kimisə söysün, təhqir eləsin? Dövlət başçısı olan adamın ağlı da olmalıdır. Əgər etirazı varsa, tənqid edə bilər. Fikrimcə, bu insan ruhi xəstədir”.

BƏXTİYAR
Yeniçağ.Az

COP29

www.yenicag.az

607
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv