Bir ailənin faciəsi: Bir ildə 5 nəfər öldü - VİDEO

media-hightechnic-468x90

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə təəssüf doğursa da, onların ölüm tarixinin hər ayın 8-i olması bu faciəni daha da hüznlü edib.

Yenicag.az xəbər verir ki, ilk olaraq 2024-cü ilin avqust ayının 8-də ailə ilk itki ilə qarşılaşıb. 2022-cü il təvəllüdlü G.İsmayılzadə qıcolma səbəbindən həyatını itirib.

Ardınca həmin ilin sentyabr ayının 8-də 1965-ci il təvəllüdlü Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova üzüm yığarkən hasar aşıb və onlar daşın altında qalaraq ölüblər.

Bundan sonra ailənin digər nəvəsi, 2024-cü il təvəllüdlü N.İsmaylıova bu il iyun ayının 8-də valideynləri tərəfindən ağır vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı azyaşlının öldüyü məlum olub. Körpənin ölüm səbəbi məlum deyil.

Bu gün isə, yəni iyul ayının 8-də sözügedən azyaşlıların anası Şəhanə İsmayılova pilləkəndən yıxılaraq dünyasını dəyişib.

Təəssüf ki, bu 5 nəfər – fərqli aylarda olsa da, ayın 8-i günü dünyasını dəyişib./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600