!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir ay ərzində mədəni izləyə bilən həb hazırlandı - VİDEO

!Reklam – Yazi

Massaçusets Texnologiya İnstitutunun yeni qurğusu bir ay ərzində mədə xorası, xərçəng və həzm sisteminin başqa xəstəliklərini izləyə bilər.

Yenicag.az “ICTnews”a istinaən xəbər verir ki, mühəndislər tərəfindən gel şəklində hazırlanmış həb mədəyə çatdıqda tez bir zamanda “pinq-ponq” oyunu üçün top ölçüsündə şişir. Həbə quraşdırılmış sensor 30 gün ərzində mədənin temperaturunu fasiləsiz izləyir. Həbin orqanizmdən xaric olunması üçün pasiyent kalsium məhlulu içə bilər ki, nəticədə həb öz ilkin ölçüsünə kimi yığılır və orqanizmdən xaric olur.

Gələcəkdə tədqiqatçılar sözügedən həbi bir neçə müxtəlif sensorla (məsələn, pH səviyyəsinə nəzarət, yaxud bakteriya və virusların axtarışı üçün) təchiz etməyi planlaşdırırlar. Həmçinin şiş və ya xoraların viziuallaşdırılması üçün kiçik kameralar quraşdırıla bilər.

COP29

www.yenicag.az

1597
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv