Bir “Google” sürprizi: “Aramızda qalsın” dövrü bitdi, “müdir də oxusun” erası başladı

media-hightechnic-468x90

“Google”un “Android” əməliyyat sisteminə edilən yeniləmə ilə işəgötürənlər iş məqsədilə istifadəyə verilən cihazlarda çalışanların qısa mesajlarını dolayı yolla müşahidə edə biləcək.

Yenicag.az xəbər verir ki, şirkət, şəkil və video dəstəyi olan, SMS‑in inkişaf etmiş versiyası sayılan RCS (Zəngin Kommunikasiya Xidmətləri) mesajları üçün yeni arxivləşdirmə funksiyasını istifadəyə verib.

Bu xüsusiyyət müəssisələrə əməkdaşların iş üçün istifadə etdiyi “Android” cihazlarındakı yazışmaları izləmək imkanı yaradacaq.

“Google” bildirib ki, yeniləmə işəgötürənlərə hüquqi tələblərə “uyğun qalmaq üçün gərəkli qeydiyyatları problemsiz aparmağa” şərait yaradacaq. Bu, xüsusilə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası kimi qurumların tənzimləmələrinə tabe olan dövlət orqanları, maliyyə xidmətləri şirkətləri və sığorta brokerləri üçün nəzərdə tutulur.

Digər şirkətlər isə bu funksiyanı daxili araşdırmalar və ya insan resursları sahəsində yaranan mübahisələr zamanı bütün işgüzar yazışmaları nəzarətdə saxlamaq üçün aktivləşdirə bilər.

“Google”un baş meneceri İan Marsanyi şirkətin bloqunda dərc olunan yazısında bildirib:

“Yeni həllimiz üçüncü tərəf arxivləşdirmə tətbiqlərinin iş cihazında “Google Mesajlar” ilə birbaşa inteqrasiyasına imkan verir”.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa