Bir sıra yol layihələri başa çatıb-Video

media-hightechnic-468x90

Baku_Airport_road-200511uİlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyinin nəqliyyat-yol kompleksi üzrə tədbirlər planına uyğun olaraq artıq bir sıra layihələr başa çatdırılıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildiriblər ki, bunların sırasında Ziya Bünyadov prospektinin yenidənqurulması, Tbilisi prospektininin təmiri, Zığ dairəsi – Heydər Əliyev Hava Limanı avtomobil yolundan Qala stansiyasına gedən avtomobil yolunun tikintisi, Zabrat–Maştağa–Buzovna avtomobil yolunun I texniki dərəcəyə uyğun yenidən qurulması, Qələbə meydanında, Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında, Ziya Bünyadov prospektində müxtəlif səviyyəli yol qovşaqlarının, Sərdar Səfərov küçəsində, Babək prospekti ilə K.Əfkari küçəsinin kəsişməsində yeraltı piyada keçidlərinin tikintisini göstərmək olar.

Hazırda Böyük Şor dairəsi ərazisində yeni avtomobil yollarının, yol ötürücülərinin, tunellərin, piyada keçidlərinin tikintisi, su oyunlarının keçiriləcəyi arenaya, Stend Atıcılığı İdman Kompleksinə yeni avtomobil yolunun çəkilməsi, həmin istiqamətdən dairəvi yola çıxışın təmin edilməsi üzrə və digər ərazilərdə işlər intensiv şəkildə davam etdirilir. Oyunların keçirilməsi ilə əlaqəli işlərin mart ayının sonuna kimi başa çatdırılması nəzərdə tutulur(trend).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600