Bir yataqa görə, üç nəfər yaralandı – Bakıda (Fotolar)

media-hightechnic-468x90

yataqustehadiseHadisə Aeroport şosesində qeydə alınıb.

Şosesinin sürətin yüksək olduğu zolağı ilə hərəkətdə olan “Opel” markalı minik avtomobilin damındakı yataq dəsti yolun hərəkət hissəsinə aşıb. “Opel”in sürücüsü Əlipənah Əliyev yataq dəstini yoldan götürmək üçün avtomobili qəfildən saxlayıb. Arxadan yüksək sürətlə gələn “VAZ-2106” markalı maşının sürücüsü yoldakı maneəni gördükdə idarəetməni itirib və avtomobil arxadan “Opel”ə çırpılıb.

Qəza nəticəsində “Opel”in sürücüsü Əlipənah Əliyev, avtomobildəki sərnişin, 1965-ci il təvəllüdlü Pənah Cəfərov və “VAZ-2106”-nın sürücüsü, 1989-cu il təvəllüdlü Mirzəyev Azad Mürsəl oğlu xəsarət alıblar. Hər üç nəfər 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, Pənah Cəfərov və Azad Mirzəyevin xəsarətləri daha ağırdır və hazırda reanimasiya şöbəsində həkim nəzarəti altındadırlar.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600