“Bakıda bit probleminin yaranması ilə bağlı mənə çoxsaylı zəng olur”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Araz Əlizadə bildirib.
Millət vəkili bu şikayətləri araşdırdığını qeyd edib: “Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə zəng etdim, bildirdilər ki, əvvəllər onlar müqavilələr əsasında zirzəmiləri, zibil yeşiklərini dərmanlayıblar. Amma indi müqavilə yoxdur. Səhiyyə Nazirliyindən də dedilər ki, onlarla kimsə müqavilə bağlamayıb. Mənzil Kommunal İdarəsinə də getdim. Oradan da dedilər ki, İcra Hakimiyyəti bunun üçün pul ayırmayıb. Həmin İcra Hakimiyyətinin adını çəkmək istəmirəm, amma ora da getdim . Dedilər ki, bunun üçün İcra Hakimiyyəti başçısının adına ərizə yazmalıyam, qəbul düşməliyəm. Adamı yorurlar, bu, biabırçılıqdır”.
www.yenicag.az