!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Biz faşist ideologiyasının qəhvəyi taun kimi yayılmasının qarşısını aldıq" - Sabiq dövlət müşaviri

!Reklam – Yazi

“Gedən proseslər Qarabağdakı separatçıların taleyinin gələcəyini göstərir. “Suveren Azərbaycanda separatçılara yer olmamalıdır” tezisi getdikcə özünə daha çox haqq qazandırır”.

Bu fikirləri Laçın rayonu və ətraf kəndlərin Azərbaycanın nəzarəti altına keçməsindən sonra proseslərin hansı yöndə inkişaf edəcəyilə bağlı düşüncələrini bölüşən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açaqlamasında səsləndirib.

Qabil Hüseynli bildirib ki, separatçıların ətrafındakı həlqə tam daralıb və onların bu həlqədən çıxma ehtimalı sıfıra bərabərdir:

“Azərbaycan kiminsə torpaqlarına və hüquqlarına təcavüz etmir. Azərbaycan özünün beynəlxalq normalarla müəyyən edilmiş hüquqlarını addım-addım həyata keçirir. Bu mərhələnin də sonu, demək olar ki, yaxınlaşır. Bu məsələlərin sonunu ya diplomatik müstəvidə, ya da bu günə qədər necə həll etmişiksə, o yolla gətirəcəyik. Hesab edirəm ki, diplomatik yolla həll variantı realdır.

Ermənilər Azərbaycanın əzəli torpaqlarında bir dövlət qurub. İkinci dövləti də qurmaq istəyirdi, baş tutmadı. Üstəlik, Qareqin Njdenin yaratdığı faşist ideologiyasının qəhvəyi taun kimi yayılmasının da qarşısını biz aldıq. Bu taunun son qalıqları Qarabağda qalmaqdadır. Azərbaycan bu məsələni tamamilə öz xeyrinə həll edəcək. Azərbaycan beynəlxalq aləmdə də öz təzyiqini artıraraq erməni separatçılarına gələn yardımı dayandırmalıdır. Düzdür, yardım çox azalıb, ancaq bunu tamamilə dayandırmaq lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv