Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

BMT-ni qorxudan ikili dünya standartı, İran-Səudiyyə qarşıdurması, Avropa hədə-qorxusu - "Körfəzdə müharibə ola bilər"

“Körfəzdə nəticələrini aradan qaldıra bilməyəcəyimiz qarşıdurma ilə üz-üzəyik”.

Yenicag.az xəbər verir ki, bu sözləri BMT baş katibi Antonio Quttereş təşkilatın 74-cü sessiyası zamanı 193 ölkə nümayəndələrinə xitabında söyləyib.

ABŞ və İran arasında yaşanan gərginliyə toxunan Quttereş bildirib:

“Körfəzdə nəticələrini aradan qaldıra bilməyəcəyimiz qarşıdurma ilə üz-üzəyik. Səudiyyə-Ərəbistanının neft yataqlarına qarşı hücumlar qəbul edilməzdir. Kiçik bir yanlış hesab  böyük bir krizə yol açır. Ona görə də, bu kimi problemləri diqqətdə saxlamaq lazımdır. Bölgə ölkələri qarşılıqlı hörmət və işbirliyi içində yaşamalıdır. İranla olan nüvə anlaşması saxlanılmalıdır”.

“Dünya ikiyə bölünür”.

Daha sonra Quttereş ABŞ-Çin iqtisadi müharibəsinə də toxunub:

“Böyük bir fikir ayrılığının yaşanmasından ehtiyyat edirəm. Dünya ikiyə bölünür. Dünyanın ən böyük iki iqtisadi gücü özlərinin pul vahidləri, ticarət, internet, sünii zəka sistemləri və heç bir qazanc verməyən geopolitik və hərbi siyasəti ilə bir-biriylə kəskin rəqabətdə olan ayrı dünyalar yaradır”.

Qeyd edək ki, dünən körfəzdə İran və Səudiyyə-Ərəbistanı arasında “Saudi Aramco” adı verilmiş qarşıdurma yaşanıb. Qarşıdırmadan qısa zaman sonra Fransaa, İngiltərə, Almaniya İrana sərt reaksiya verib. ABŞ daa hadisədə müqəssir kimi İranı gördüyünü açıqlayıb.

Belə ki, Səudiyyə-Ərəbistanın neft şirkəti “Saudi Aramco”ya aid 2 yatağa hücum edilib. Hadisə zamanı ölən və yaralanan olmayıb. Husilər hərəkatı açıqlama verərək məsuliyyəti öz üzərinə götürüb.

Yəmən mərkəzli və İrandan dəstək alan Husilər son zamanlar Səudiyyə-Ərəbistanını hədəf almağa başlayıb.

Həşim Səhrablı 

www.yenicag.az

838
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM