Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quterriş Yeni il müraciətində “qırmızı həyəcan” siqnalı verib və bəşəriyyəti gözləyən əsas təhlükələri sadalayıb.
Bu barədə Yenicag.az xarici KİV-inə istinadən məlumat verir.
Birincisi o qeyd edib ki, nüvə silahı ilə bağlı qlobal təhlükə soyuq müharibə dövründən ilk dəfə ən yüksək həddə çatıb.
“İqlim bizdən daha sürətlə dəyişir, bərabərsizlik artır. Biz insan hüquqlarının pozulması, nasizm və ksenofobiya çoxalmasını müşahidə edirik”,- Quterriş əlavə edib.
Onun fikrincə, dünya bir addım geriləyib, lakin dünya liderləri birləşsə təhlükəsizliyi təmin etmək mümkün olar.
www.yenicag.az