BMT-nin Əfqanıstanla bağlı hesabatı

media-hightechnic-468x90

9aabbb9d79d068841df0644b5293fc162014-cü ildə Əfqanıstanda dinc sakinlər arasında münaqişə qurbanlarının sayı 3188 nəfər təşkil edib.

Bu barədə BMT-nin Əfqanıstana yardım missiyasının hesabatında bildirilir. Məlumata görə, il ərzində 6429 dinc sakin yaralanıb. Hesabat 2014-cü ilin 11 ayını – yanvarın 1-dən noyabrın 30-dək dövrü əhatə edir.

BMT-də bu il ölən dinc sakinlərin sayının ötən ilki göstəricidən 19 faiz çox olduğunu bildiriblər. Qərb mətbuatı bu cür tendensiyanı NATO qüvvələrinin tədricən Əfqanıstandan çıxarılması və yerli təhlükəsizlik qüvvələrinin taliblərlə döyüşlərinin aktivləşdirilməsi ilə əlaqələndirir.

(apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600