“BMT-nin icra edə bilmədiyini Azərbaycan Prezidenti yerinə yetirdi” – Əliyevin Nyu-York səfərinin PƏRDƏARXASI

media-hightechnic-468x90

“Qürurverici haldır ki, bu gün beynəlxalq platformalarda Azərbaycan Prezidentinin iştirakı və digər liderlərlə görüşləri qarşı tərəflərin təşəbbüsü ilə baş tutur”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

media-1746442684_azer_badamov_esasdir

O, BMT sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfərini və yeni dünya nizamının formalaşmasında ölkəmizin mövqeyini şərh edib.

Deputat bildirib ki, BMT-nin dillər əzbəri olan məşhur, lakin mənasız qətnamələrini özləri yerinə yetirə bilmədiyi halda Azərbaycan Prezidenti onları icra etdi.

“Torpaqlarının 20 faizindən çoxu işğal olunmuş, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşmiş Azərbaycan keçmişə qovuşan münaqişənin həlli istiqamətində illərlə səbir və təmkinlə mübarizə apardı. İstəyimiz bu idi ki, müharibə olmadan, sülh yolu ilə ədalət bərpa olunsun. Lakin dünyanın ən böyük beynəlxalq təsisatlarında yer alan aparıcı dövlətlər, o cümlədən münaqişənin həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunda təmsil olunan aktorlar Azərbaycana bildirirdilər ki, bu problemin hərbi yolla həlli mümkün deyil”.

Onun sözlərinə görə, Azərbaycan sülhü və həlli dünyanın ən nüfuzlu qurumu olan BMT-dən gözləyirdi:

“Təəssüf ki, bu istiqamətdə heç bir əməli addımın şahidi olmadıq. Verilən bəyanatlarda konkretlik yox idi, işğalçı dövlətlə işğala məruz qalan Azərbaycan arasında fərq qoyulmurdu. Ən təhlükəli məqam ondan ibarət idi ki, ədalət anlayışı bizə əks şəkildə təlqin edilməyə çalışılırdı. Dövlət başçımızın da qeyd etdiyi kimi mənasız və nəticəsiz danışıqlardan xalqımız artıq usanmışdı. Səbir kasamız doldu və biz öz reallığımızı özümüz yaratmaq məcburiyyətində qaldıq. Prezidentin də vurğuladığı kimi, beynəlxalq hüquq artıq işlək mexanizmini itirmiş, güc amili ön plana keçmişdi. Bu dövrdə Azərbaycan dövləti hərtərəfli şəkildə gücləndi və ədaləti özü təmin etdi”.

O, əlavə edib ki, müharibədən sonra Azərbaycan elə bir yeni reallıq formalaşdırdı ki, bu reallıqla bütün dünya hesablaşmalı oldu:

“İndi Azərbaycanın adına, xalqımıza və onun liderinə xüsusi diqqətin göstərildiyinin şahidiyik. Şübhəsiz ki, bu, gərgin və çoxillik bir mübarizənin, ardıcıl siyasətin nəticəsidir. Azərbaycan Prezidenti elə şərait yaratdı ki, burada heç kim uduzmadı, əksinə hər kəs qazandı. Qürurverici haldır ki, bu gün beynəlxalq platformalarda Azərbaycan Prezidentinin iştirakı və digər liderlərlə görüşləri qarşı tərəflərin təşəbbüsü ilə baş tutur. Dövlət başçıları onun siyasi bilik və təcrübəsindən faydalanmaq istəyir, xalqımızı uca və güclü xalq kimi qəbul edirlər. Bu reallığın bir müəllifi var – o da Müzəffər Ali Baş Komandanımızdır!”

A. Badamov diqqətə çatdırıb ki, Azərbaycanın sülh çağırışları bu gün də davam edir:

“Bu çağırışlar Cənubi Qafqazın səmalarında davamlı sülhü təmin etməyə yönəlib. Sülh gündəliyini də onun müddəalarını da formalaşdıran tərəf Azərbaycandır. Vaxtilə torpaqlarımızı öz adlarına çıxarmağa çalışanlar bu gün bütün dünyaya bəyan edirlər ki, Qarabağ Azərbaycan torpağıdır. Çünki Prezidentimiz öz xalqına qətiyyətlə söz vermişdi ki, bu reallığı qəbul etdirəcək və qarşı tərəfi bunu etiraf etməyə məcbur edəcək. Sözü ilə əməlinin bir olduğu dövlət başçımız, qarşıya qoyduğu bütün hədəflərə bir-bir çatdı. Nəticədə, BMT-nin dillər əzbəri olan 822, 853, 874 və 884 saylı qətnamələrini özləri icra edə bilmədiyi halda, Azərbaycan Lideri onları yerinə yetirdi”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa