BMT Səudiyyə Ərəbistanından itkin şahzadəni tələb edir – Yenicag.Az

Reklam

Reklam

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissarlığı Səudiyyə Ərəbistanına məktub ünvanlayıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, səudiyyəli şahzadə Nəvəf Talal Rəşad 12 mayda Küveytdən çıxaraq Səudiyyə Ərəbistanına yollanıb. Həmin tarixdən etibarən isə şahzadədən heç bir məlumat alınmayıb.

BMT məktubunda vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən girov götürüldüyü ehtimal olunan Talal Rəşadın harada və hansı şərtlər altında yaşadığı barədə məlumat tələb edib.

Qeyd edək ki, vəliəhd müxalif şahzadələri bir-bir aradan götürməyə çalışır. Belə ki, indiyə qədər anti-korrupsiya adı altında aparılan əməliyyatda 3 şahzadə “yoxa çıxıb”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1310
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."