“BMW” əməkdaşları üçün smartfon

media-hightechnic-468x90

84761Almaniyanın “WParea” nəşrinin məlumatına görə, “BMW” şirkəti öz əməkdaşları üçün 57 min “Microsoft Lumia” smartfonu satın alacaq.

Məlumata görə, adi əməkdaşlar üçün nəzərdə tutulmuş “Lumia 630” smartfonu sifarişin əsasını təşkil edəcək, top menecerlər isə “Lumia 920/930” smartfonlarına sahiblənəcək.

Hazırda sözügedən avtomobil şirkətinin əməkdaşları “Nokia” şirkətinin “Symbian” platforması ilə işləyən köhnə mobil telefonlarından korporativ qurğu qismində istifadə edirlər.

Məlumata görə, “Hyatt” mehmanxanalar şəbəkəsi, “British Telecom”, “CaixaBank” və “Delta Airlines” şirkətləri də “Microsoft”un smartfonlarından istifadə edir.(qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600