Bölgədə böyük savaş ANONSU: Suriya ordusu tanklarla YPG-nin üzərinə yeriyir

media-hightechnic-468x90

Suriye ordusu Hələbdəki uğurlu əməliyyatlardan sonra terror təşkilatı YPG-yə (PKK-nın Suriya qanadı) qarşı hərəkətə keçərək bölgəni hərbi zona elan edib.

Yenicag.az xəbər verir ki, Hələbin Şeyx Maqsud məhəlləsində mühasirəyə alınan sonuncu YPG qruplaşmalarının ölkənin şimal-şərqinə təxliyəsinə başlanılıb.

Suriya rəsmi xəbər agentliyi (SANA) bildirir ki, məhəllədə mövqelənən terrorçular təslim olmağı və ərazini tərk etməyi qəbul ediblər. Onlar 6 avtobus və 7 təcili tibbi yardım maşınından ibarət konvoyla müəyyən edilmiş “Avared” nöqtəsindən hərəkət edərək bölgəni tərk edirlər.

Suriya Müdafiə Nazirliyi bəyanat yayaraq, Fərat çayının qərbində qalan YPG işğal altındakı bütün əraziləri hərbi zona elan edib. Rəsmi Dəməşq terrorçulardan dərhal Fəratın şərqinə çəkilməyi tələb edərək, bunun son xəbərdarlıq olduğunu vurğulayıb.

Vəziyyətin gərginləşməsi fonunda Suriya ordusu Hələbin şərq kəndləri olan Deyr Hafir və Maskanaya əlavə qüvvələr, o cümlədən müasir raket sistemləri göndərib. Ordunun bölgədə cinayətkar qrupların fəaliyyətinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcəyi bildirilib.

Dəməşqin xəbərdarlığından sonra YPG terror təşkilatı da hərəkətə keçib. Məlumata görə, terrorçular Deyr Hafir xəttinə tanklar və zirehli texnikalar cəlb ediblər. Onlar Suriya ordusunun mümkün irəliləyişinin qarşısını almaq üçün strateji əhəmiyyətli körpüləri vurmağa başlayıblar.

Xatırladaq ki, yanvarın 7-də Suriya ordusunun keçirdiyi əməliyyat nəticəsində Hələbin Əşrəfiyyə, Şeyx Maqsud və Bəni Zeyd məhəllələri terrorçulardan tamamilə təmizlənmişdi.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa