Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Boris Conson açıqladı - Parlamentə növbədənkənar seçkilər keçirilir?

Böyük Britaniyanın Baş Naziri Boris Conson oktyabrın 15-də Britaniya parlamentinin İcmalar palatasına növbədənkənar seçkilər keçirmək niyyətindədir.

Yenicag.az xəbər verir ki, bu barədə hökumət başçısı parlament deputatlarının suallarını cavablandırarkən bildirib.

Növbədənkənar seçkilərin keçirilməsinə Krallığın Avropa İttifaqını tərk etməsi prosesini oktyabrın 31-dən daha sonraya təxirə salınmasının önünü açan və Brüssellə saziş əldə olunmadan Brexit imkanlarının qarşısını alan qanun layihəsini sentyabrın 4-də İcmalar palatasından keçirmək istəyən Britaniya müxalifətinin demarşı səbəb olub.

Boris Consonun sözlərinə görə, hökumət Avropa İttifaqının oktyabrın 17-də keçiriləcək sammitinə qədər Brexit prosesi ilə bağlı Brüssellə razılığa gəlmək niyyətindədir.

Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa İttifaqının tərkibindən çıxmasına səs vermişdi. Birləşmiş Krallıq Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra – 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatasının deputatları Brüssellə Boris Consonun sələfi Tereza Mey arasında əldə olunan Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd ediblər. Nəticədə Avropa İttifaqı Brexit prosesini əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salmağa razılıq verib, Tereza Mey vəziyyəti dalandan çıxara bilməyərək istefa vermək məcburiyyətində qalıb. Onun yerini isə Brexit prosesinin yenidən təxirə salınmasına yol verməyəcəyini və Brüsselin Londonun tələbi ilə razılaşmayacağı təqdirdə ölkəsinin Avropa İttifaqını sazişsiz tərk edəcəyini vəd edən Boris Conson tutub./AZƏRTAC/

www.yenicag.az

353
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM