!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Boşandığı deyilən Anar Mədətov: "Özüm bilərəm"

!Reklam – Yazi

Şou-biznesin məşhur cütlüklərindən olan prodüser Anar və Elnurə Mədətovların ayrılması ilə bağlı xəbər yayılıb.

Axşam.az saytının yaydığı xəbərə görə, bir müddətdir ayrı yaşayan cütlük boşanma ərizəsini də məhkəməyə təqdim edib.

Məlumata görə, A.Mədətov uzun müddətdir Samirə adlı xanımla sevgilidir. Prodüser vizajist sevgilisi ilə toy etməyə hazırlaşır. Hətta ötən gün onların xına mərasimi də baş tutub.

Keçmiş cütlüyün futbolçu oğlu Mahir Mədətovun buna görə atası ilə danışmadığı, hətta boşandıqdan sonra atasının soyadından imtina edib, anasının soyadına keçmək istədiyi qeyd edilir.

Anar Mədətovun Yenicag.az-a açıqlamasında məsələyə münasibəti sərt olub:

“Bu, mənim ailə işimdir, mənim həyatımdır. Necə yaşayıram, özüm bilərəm. Allah qismətimizə nə yazıbsa, o da baş verir. Mənim də həyatımda bu baş verdi, şükür edirəm. Bəlkə elə qismətimdə yazılıb ki, sabah öləcəm, haradan bilirik?”

A.Mədətov oğlunun onun soyadından imtina etməsi məsələsinə də münasibət bildirib:

“Yalan söhbətdir. Mahir heç vaxt müsahibə verməyib, o ki qala şəxsi həyatla bağlı nəsə desin. Oğlumun adından ağızlarına gələni yazmasınlar”.

Qeyd edək ki, Elnurə Mədətova da əvvəl prodüser kimi fəaliyyət göstərib. Hazırda isə o, məşhur mağazalardan birinin rəhbəridir. Cütlüyün iki övladı var.

Cəvahir

www.yenicag.az

5174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv