!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Boşandığı deyilən Səbinə Babayeva OD PÜSKÜRDÜ: "Mənə əlləri çatmır, ona görə də böhtan atırlar"

!Reklam – Yazi

Hər zaman qalmaqallardan uzaq olmaq istəyir, şəxsi həyatı ilə bağlı suallardan qaçır. Yalnız səsi və sənəti ilə gündəmdə qalmağa üstünlük verir. Amma bu şou-biznes aləmidirsə, qalmaqal da olacaq, dedi-qodu da. Bir müddət öncə də həyat yoldaşı ilə boşandığı barədə xəbərlər yayıldı. Söhbət “Eurovision – 2012” təmsilçimiz, müğənni Səbinə Babayevadan gedir.

Sənətçinin Yeniçağ.az-a müsahibəsini təqdim edirik.

– Həmkarlarından fərqli olaraq, gündəmi sevmirsiz deyəsən?

– Düşünürəm belə daha yaxşıdır. Reklam naminə özünü və şəxsi həyatını gündəmə gətirənləri anlamıram. Mən də bir tamaşaçıyam və evdə oturub televizora baxıram. Seyrçi kimi sənət adamlarının bir çox hərəkətləri məni qıcaqlandırır. Niyə müğənni qarderobunda olan paltarları kiməsə nümayiş etdirməlidir? Haçan baxırsan bir-birlərinin ünvanına təhqirlər səsləndirirlər, qeybət edirlər. “Bu onu belə söydü”, “o bunun haqqında belə dedi…”. Belə səviyyəsiz söhbətlər kimə lazımdır axı? Hesab edirəm ki, bu sənət aləminə bir ləkədir. Mən onun tərəfindəyəm ki, hər bir sənətçi musiqiləri ilə gündəmə gəlməlidir.

– Çoxdandır efirlərə də çıxmırsınız?

– Mən dəvət aldığım verilişlərin çoxuna getmirəm. Birincisi, vaxtımın çoxunu övladıma ayırıram. İkinci də elə verilişlər var ki, ancaq oturub danışırlar. Aparıcıya deyirəm ki, axı mən filosof deyiləm, müğənniyəm. Məni elə verilişə çağırın ki, yarım saat canlı oxuyum. Deyirlər ki, yox, bizdə format belədir. Bu format da məni maraqlandırmır. Hətta aldadıb verilişə çağıranlar da olur. Gedirsən, şəxsi həyatınla bağlı suallar verirlər. Ona görə də qabaqcadan maraqlanıram, sualları göndərirlər, baxıram, xoşuma gəlmirsə, cavablandırmıram. Bu yaxınlarda bir jurnalist mənə suallar göndərdi. On sualdan səkkizi şəxsi həyatımla bağlıydı. Cavablandırmadım. Çünki mən insanları öz sənətimlə tanış edirəm, şəxsi həyatımla yox.

– Tək bizdə deyil, bütün dünyada üzdə olan sənət adamlarının şəxsi həyatı insanlar üçün maraqlı olub…

– Mənim prinsiplərim belədir. Heç vaxt birinci, ya ikinci olmağa da can atmıram. İldə bir dəfə proyekt edə bilərəm, yaxud mahnı oxuyaram, hansı ki, kimsə illərlə bunu təkrarlaya bilməz. “Ay sponsor onu aldı”, “bunu atdı”, “başqasını seçdi” – belə boş şeylərə fikir vermirəm.

– Klassik musiqilərə üstünlük verirsiz. Bəs geyimdə hansı stil ruhunuza daha yaxındır?

– Klassik və idman stilini sevirəm.

– Brend mütləqdirmi?

– Heç vaxt. 50 manatlıq şalvar, ya gödəkçə geyinə bilərəm, amma çox xoşbəxt ola bilərəm. Brend dalınca qaçmıram.

– Bəs dəb arxasınca necə, qaçırsan?

– Arada vaxtım olanda dəb jurnallarını izləyirəm.

– Elə bir insan varmı ki, onun zövqü ilə hesablaşırsız, yoxsa elə ancaq öz zövqünüzlə geyinirsiniz?

– Yox, yalnız özümə arxayın oluram.

– Məsələn, hansısa bir libası geyinib harasa gedirsiz, qəfildən kimsə deyir ki, bu, sənə yaraşmır, qayıdıb dəyişirsiz?

– Uşaqlıq rəfiqəm var, onun sözü mənim üçün keçərli ola bilər.

– Dediniz ki, uşağa çox vaxt ayırırsınız. Özünüzü mükəmməl ana sayırsınız?

– Əlbəttə. Bunu mənim ətrafımdakı insanlar da təsdiqləyə bilər. Biri elə rəfiqəm. (Yanındakı rəfiqəsinə sual verir) Mən necə anayam?

– (rəfiqəsi) “Əla”.

– Şayiələrə münasibətiniz necə olur? Bir ara boşanma xəbəriniz yayıldı.

– Qoy nə istəyirlər danışsınlar, boş-boş söhbətlərdir. Yəqin məni tez-tez görmək istəyirlər. Ya da kiminsə mənə əli çatmır, ona görə, ortalığa söz atır… Ailəmizdə hər şey yaxşıdır.

 

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

2550
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv