!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Böyük Dəbilqə: Vüqar Talıbov finalda

!Reklam – Yazi

Bu gün Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulacaq.

Yenicag.az İdman.biz-ə istinadən xəbər verir ki, yarışın son günündə Azərbaycanın daha üç idmançısı qüvvəsini sınayacaq.

Onlar 2 çəki dərəcəsində tatamiyə çıxacaqlar.

Böyük Dəbilqə
Kişilər
90 kq
Vüqar Talıbov mübarizəyə 1/32 finaldan çıxacaq. O, ilk görüşündə Aleksandr Sidorikə (AİN) qalib gəlib. Növbəti rəqib Teodois Tselidis (Yunanıstan) yarışa çıxmaqdan imtina etdiyi üçün Vüqar mübarizəsiz 1/8 finala yüksəlib. Talıbov bu mərhələdə BƏƏ-ni təmsil edən Aram Qriqoryandan güclü olub.

O, 1/4 finalda İvan Felipe Silva Moralesi (Kuba) də mübarizədən kənarlaşdırıb. Vüqar yarımfinalda Mihael Zqanka (Türkiyə) qalib gələrək, adını finala yazdırıb. Talıbov həlledici döyüşdə yaponiyalı Sanşiro Murao ilə güləşəcək.

+100 kq
Camal Qamzatxanov 1/32 finalda türkiyəli Recep Ergini mübarizədən kənarlaşdırıb. O, növbəti görüşdə niderlandlı Yelle Snippə qalib gəlib. Camal 1/8 finalda Şoxruxxon Baxtiyorova (Özbəkistan) məğlub olub.

Uşangi Kokaurinin isə 1/16 finalda Giannis Antonionu (Kipr) qalib gəlib. O, növbəti görüşdə Erik Abramova (Almaniya) uduzub.

Qeyd edək ki, Böyük Dəbilqədə bir gün öncə Rəşid Məmmədəliyev (73 kq) gümüş medal qazanıb.

COP29

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv