!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük dövlətlərin Suriyadakı MARAQLARI: “Rusiya və Türkiyəni...”

!Reklam – Yazi

“Dünyanın böyük dövlətlər arasında bölüşdürülməsi prosesi gedir”.

Bu fikri Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Suriyadakı proseslər və böyük dövlətlərin atdıqları addımları Yenicag.az-a dəyərləndirən polkovnik Şair Ramaldanov deyib.

Hərbi ekspert bildirib ki, münaqişələr kulminasiya nöqtəsinə yaxınlaşır:

“Dünya coğrafiyasının böyük dövlətlər arasında bölgüsü gedir. Maraqlar dairəsi müəyyənləşdirilir və bu istiqamətdə inkişaf edir. Həm Yaxın Şərqdə, həm Rusiya-Ukrayna fonunda Avropada, həm də Cənubi Qafqazda baş verənlər hamısı bir prosesin elementləridir. Suriya həmişə tüstülənən münaqişə ocağıdır. Suriya, ola bilsin ki, geosiyasi bölgüdə alver predmeti ola bilər. Suriya de-yure olmasa da, de-fakto parçalanıb. Bu gün orada gedən proseslər onu göstərir ki, Bəşər Əsədin hakimiyyəti bütün Suriyaya nəzarət edə bilmir. Trampın gəlişini gözləyən əsas oyunçular öz aktivliklərini maksimuma çatdırırlar. Tramp öz vəzifəsini icra etməyə başlayanda bu məsələlər dünya səviyyəsində nizama salınmağa çalışılacaq”.

“Bəzi məlumatlara görə, Rusiya Bəşər Əsədi sona qədər dəstəkləyəcək. Digər tərəfdən isə Rusiyanın Suriyadan yavaş-yavaş çəkilməkdə olması barədə informasiyalar yayılır. Bu məlumatlar bir-birinə ziddir. Türkiyə Prezidentinin Rusiya prezidentinə zəng etməsi səbəbsiz deyil. Ciddi məsələlər müzakirə olunub. Suriyadakı proseslərin qızışdırılması Rusiya ilə Türkiyəni üz-üzə qoymaq cəhdidir. Suriyada İran, Türkiyə, Rusiya rəsmi olaraq mövcuddur. Üç ölkənin maraqları da toqquşma səviyyəsindədir. Hər kəsin maraqları öz prizmasından baxanda fərqlidir. Türkiyə-Rusiya münasibətlərini qəbul etməyən ölkələr Suriyada bu prosesi aktivləşdiriblər ki, bu iki ölkə üz-üzə gəlsinlər”, – o, əlavə edib.

“İran da Suriyaya qoşun göndərməyə hazırlaşdığını bəyan edir. Türkiyə isə İranın Suriyaya girməsinin əleyhinədir. Suriyada bu oyunu kim qurubsa, ustalıqla həyata keçirib. Trampın Suriyanı 4 yerə bölməklə bağlı planlarının olduğu deyilir. Bütün bu baş verənlər geosiyasi arenada bölgünün yekunlaşmasına istiqamətləndirilmiş proseslərdir”, – deyə fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv