Böyük MÜHARİBƏNİN ASTANASINDA: "ABŞ-ın manevr imkanları daralır, İrana qarşı hücum yam realdır"

media-hightechnic-468x90

“İctimai dəstəyi artırmaq məqsədilə İrana qarşı aviazərbələrin endirilməsi tam real ssenari kimi görünür”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

media-abutalib-emedov

O, İran rəsmilərinin ölkədən qaçışı ilə bağlı yayılan iddialara münasibət bildirərək, vəziyyətin son dərəcə gərgin olduğunu vurğulayıb:

“ABŞ İran qarşısında üç əsas tələb irəli sürüb. Birinci tələb ondan ibarətdir ki, İran nüvə proqramından imtina etməli, uranın zənginləşdirilməsi ölkə ərazisində deyil, xaricdə həyata keçirilməli və hazır məhsul sonradan İrana gətirilməlidir. İran tərəfi isə bunu qəti şəkildə rədd edir və uranın zənginləşdirilməsini milli qürur məsələsi hesab etdiyini bildirir.

İkinci tələb İranın ballistik raket proqramı ilə bağlıdır. Hazırda İranın təxminən üç minə yaxın qısa və orta mənzilli ballistik raketi mövcuddur. ABŞ bu raketlərin sayının azaldılmasını və proqramdan tamamilə imtina edilməsini tələb edir. İran isə bu məsələdə də heç vaxt geri çəkilməyəcəyini açıq şəkildə vurğulayır.

Üçüncü tələb terrorçu təşkilat kimi tanınan proksi qüvvələrə və müxtəlif silahlı qruplaşmalara verilən dəstəyin dayandırılmasıdır. İran üçün nisbətən qəbul edilə biləcək yeganə şərt varsa, məhz üçüncü tələb ola bilər. Lakin onun da reallaşma ehtimalı olduqca aşağıdır.

Tələblər qəbul edilmədiyi təqdirdə, Amerikanın manevr imkanları xeyli məhdudlaşır. Çünki bölgəyə artıq böyük hərbi qüvvə cəmləşdirilib. Mövcud gərginlik dünya neft bazarlarında qiymətlərə ciddi təsir göstərir.

Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın reytinqi Venesuela prezidenti ilə bağlı həbsetmə məsələsindən sonra aşağı düşməyə başlayıb. İlin sonunda Konqres seçkiləri keçiriləcək və orada məğlubiyyət ehtimalı kifayət qədər yüksəkdir. Seçkilər ərəfəsində ictimai dəstəyi artırmaq məqsədilə İrana qarşı aviazərbələrin endirilməsi tam real ssenari kimi görünür. Vəziyyət artıq son həddə çatıb”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa