BQXK girov Elnur Hüseynzadə ilə görüşüb

media-hightechnic-468x90

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşları Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Elnur Hüseynzadəyə baş çəkiblər.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Qeyd olunub ki, BQXK əməkdaşları fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən, Tərtər rayonu, Talış kəndi istiqamətində saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü, Hüseynzadə Elnur Elman oğluna baş çəkiblər.

Başçəkmə E.Hüseynzadənin hazırda saxlandığı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində həyata keçirilib. BQXK mandatına uyğun olaraq, E.Hüseynzadənin saxlanma şəraitini və onunla davranışı monitorinq edib.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600