Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Britaniyada yeni superkompüter hazırlanacaq

Böyük Britaniyanın Edinburq Universitetində ikinci nəsil “AMD EPYC” prosessorları əsasında “ARCHER2” adlı superkompüterin qurulması planlaşdırılır.

Yenicag.az ICTnews-a istinadən yazır ki, ölkə hökuməti və “HP” şirkətinin “Cray” törəməsi arasında yeni kompüterin hazırlanması və işə salınması haqqında saziş imzalayıb. Yeni qurğu 2013-cü ildən fəaliyyət göstərən birinci nəsil “ARCHER” superkompüterini əvəzləyəcək. Universitetin məlumatına görə, birinci versiyanın qurulması üçün xərclər 55,5 milyon dollar təşkil etdiyi halda yeni model təqribən 102 milyon dollara başa gələcək. “EPYC Rome” prosessorlarından istifadə sayəsində məhsuldarlığın mövcud modellə müqayisədə 11 dəfə artacağı gözlənilir.

“ARCHER2” superkompüterinə maksimum 2,2 QHs tezlikli 11 696 mərkəzi “EPYC Rome” prosessoru daxil olacaq. Hesablama nüvələrinin ümumi sayı 748 544 təşkil edir. Həmçinin pik məhsuldarlıq 28 petaflopsa çatacaq. Superkompüter 1,57 petabayt operativ yaddaş, eləcə də 14,5 petabayt quraşdırılmış yaddaş və fləş-yaddaş əsasında 1,1 petabayt tutumlu yaddaşla təchiz ediləcək.

“ARCHER2” gələcəkdə dünyanın 5 ən sürətli superkompüteri siyahısına daxil ola bilər.

www.yenicag.az

3819
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM