Payızda doğulan insanlar digər fəsillərdə doğulan insanlarla müqayisədə daha sağlam olur və çox yaşayır.
Yenicag.az xəbər verir ki, bunu Amerika alimləri genişmiqyaslı araşdırma zamanı aşkar ediblər.
Araşdırma nəticəsində məlum olub ki, uzunömürlülərin əksəriyyəti payızda və xüsusilə də noyabr ayında doğulan insanlardır.
Mütəxəssislərin fikrinə görə, bunun səbəbi payızda uşaq dünyaya gətirən anaların hamiləlik boyu daha yaxşı qidalanmasıdır. Bu uşaqlarda beyinin və digər strukturların formalaşmasının ən vacib dövrü yaya təsadüf edilir. Yayda meyvə və tərəvəzlər bol olur ki, insan daha çox miqdarda orqanizm üçün əvəzsiz olan vitamin və mineralları qəbul edir. Bunun nəticəsində ana bətnində daha sağlam orqanizm formalaşır.
Bundan əlavə alimlərin fikrinə görə, uzunömürlülərin əksəriyyətində bu xüsusiyyətlər var: ətrafdakılara qayğı göstərmək, fiziki aktiv olmaq, çox işləmək, sosial həyatda fəal olmaq, həyata pozitiv baxmaq./Sağlamolun/
www.yenicag.az