Reklam

Reklam

Vaxtilə Azərbaycanda oynamış milliləşdirilən gürcüstanlı legioner ölkə futbolunda baş verən son neqativ hadisələrə münasibət bildirib.

Bu barədə Yenicag.az-a danışan karyerasının əsas hissəsi Azərbaycanla bağlı olan tanınmış futbolçu, oyunçu və məşqçi Badri Kvaratsxeliya eşitdiklərindən məyus olduğunu deyib:

“Bu, Azərbaycan futbolu üçün çox pis haldır. Əgər dövlət klublara yardım göstərirsə, o zaman heç kəsə imkan verməzlər ki, belə işlərlə məşğul olsun.

Çox təəssüf edirəm ki, Azərbaycanda futbolun səviyyəsinin artdığı bir dönəmdə belə mənfi hallar baş verir. Deməyə söz tapmıram”.

Qeyd edək ki, 1997-2005-ci illərdə Azərbaycanda oynamış Kvaratsxeliya 1 dəfə “Kəpəz”in, 2 dəfə isə “Şəmkir”in heyətində çempionluq sevinci yaşayıb. O, qısa müddətdə “Qəbələ”, “Standart” və “Şəmkir”də məşqçi kimi də çalışıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 826
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.