“Bu Azərbaycan ruhunun qələbəsi idi”

media-hightechnic-468x90

80146“Elnurun qələbəsi hamımızın qələbəsidir”. “O Səs Türkiyə”də çıxış edən və final mərhələsində zəfər çalan Elnur Hüseynovun qələbəsi millət vəkillərini də sevindirib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, Aydın Mirzəzadə hisslərini sosial şəbəkə səhifəsində bölüşüb.

“Ebru Gündeşin komandasında yarışan Elnur bu dəfə “O Sole Mio” opera əsərini səsləndirib. Həmyerlimizin rəqibi Kaya Aslantepe olub. Elnur tamaşaçı səsverməsi nəticəsində ən çox səs toplayaraq “O səs Türkiyə”nin qalibi adına laiq görülüb. Afərin, Elnur.

Gənc istedaımızın qələbəsi hamıızı ürəkdən sevindirdi, hamıya böyük bir ruh verdi. Bu Elnurun istedadının, musiqi duyumunun, səhnə mədəniyyətinin qələbəsi idi. Bu Azərbaycan mədəniyyətinin, Azərbaycan ruhunun qələbəsi idi. Bu, Azərbaycan səsinin xaricdə də mənuniyyətlə dinlənməsinin qələbəsi idi.

Bu ən əsası Azərbaycan-Türkiyə birliyinin qələbəsi, Azərbaycan-türk xalqlarının qardaşlığının, bir-birinə məhəbbbtəinin qələbəsi idi. Biz birlikdə güclüyük”.
Həmişə qələbələrdə !

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600