!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu, dizlərinizi sağlam saxlayır

!Reklam – Yazi

Mütəmadi olaraq velosiped sürən insanlarda diz ağrıları və osteoartrit daha az olur.

Yenicag.az xəbər verir ki,   bu barədə Baylor Tibb Kollecinin (ABŞ) alimləri araşdırma aparıblar.

Araşdırmada 45-79 yaş arasında olan 2600-dən çox insan iştirak edib. Subyektlərdən yeniyetməlik (12-18 yaş arası), gənc yetkinlik (19-34 yaş) və yetkinlik (35-49 yaş) dövründə ən çox hansı fiziki fəaliyyətlə məşğul olduqlarını bildirmələri istənilib. İştirakçılar həmçinin tez-tez velosiped sürdüklərini və məşq etdiklərini qeyd ediblər.

İştirakçıların səhhəti haqqında daha çox məlumat əldə etdikdən sonra tədqiqatçılar müəyyən ediblər ki, həyatlarının müəyyən dövründə müntəzəm velosiped sürən insanlarda dizin rentgenoqrafik osteoartrit (ROA) və simptomatik rentgenoqrafik osteoartrit (SOA) inkişaf riski azalıb. Osteoartrit, oynağın sinovial membranının iltihabı ilə xarakterizə olunur, bunun nəticəsində qığırdaq və sümük toxuması məhv olur.

Alimlər bildiriblər ki, ömür boyu velosiped sürmək vərdişi osteoartrit ehtimalının daha da azalması ilə əlaqələndirilir.

www.yenicag.az

177
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv