"Bu, dünya üçün unikal imkandır" - İsrail səfirindən farsca açıqlama

media-hightechnic-468x90

İsrailin Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Denni Danon fars dilində çıxış edib.

Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Diplomat regionda baş verən hadisələrə və İslam Respublikasının müttəfiqi Bəşər Əsədin devrilməsinə toxunaraq, İran xalqını bu imkanlardan istifadə etməyə çağırıb: “Ey İran xalqı! Bu tarixi fürsəti qaçırmayın. İsrail xalqı sizinlədir. Biz azadlığın qiymətini və onun tələb etdiyi cəsarəti bilirik. Sizin mübarizəniz təkcə özünüz üçün deyil, bu rejimin sabitliyi pozduğu və məhv etdiyi milyonlarla insan üçündür. Tarix, mədəniyyət və müqavimətlə zəngin olan bir ölkəni yenidən qurmaq gücü sizin əlinizdədir.

Bu, Şura və dünya üçün unikal imkandır. İranın nüvə silahı əldə etməsinin qarşısını alın və İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi təqdim edin”./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600