Tavuş istiqamətində 8 mövqe təhvil verilib, növbəti mərhələdə Göyçənin 12 kəndi və Qafanın 5 kəndinin sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində addımlar atılacaq. Qardaşım oğlunun xidmət etdiyi Noyemberyan (İncəsu) mövqeyində artıq Azərbaycan bayrağı dalğalanır.
Yenicag.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni polkovnik Volodya Ovannisyan deyib.
Onun sözlərinə görə, ermənilər geri çəkilib:
“Söhbət 7-9 kilometrlik hissədən gedir, kilsənin sağında və solunda minalar təmizlənir ki, azərbaycanlılar maneəsiz irəliləsin. Azərbaycan bir güllə belə atmadan Ermənistanın ən güclü müdafiə xətlərindən birini qırdı”.
Ovannisyan qeyd edib ki, erməni qoşunlar Göyçədə mövqelərdən də geri çəklilib.
“Hazırda 2020-ci ildən sonra qurulan minalar sürətlə təmizlənir, elə edirlər ki, səs-küy olmasın. Bir də görəcəyik ki, orada Azərbaycan kəndləri salınır. Azərbaycanlılar təkcə Göyçəyə yox, Zəngibasara (Masis) də gələcəklər”, – o iddia edib.
Qeyd edək ki, ötən gün hərbi ekspert Ədalət Verdiyev Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəkliyin qəhrəman Azərbaycan Ordusunun nəzarətinə keçdiyini açıqlamışdı.
www.yenicag.az