Bu gün avrokubok matçları bərpa olunur

media-hightechnic-468x90

Bu gün koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılmış futbol üzrə UEFA Avropa Liqası bərpa olunur.

Yenicag.az-ın məlumatına görə, avqustun 5-6-da turnirin 1/8 final mərhələsinin oyunları baş tutacaq.

Yarışıın ilk günündə “Kopenhagen” (Danimarka) – “Başakşehir” (Türkiyə), “Şaxtyor” (Ukrayna) – “Volfsburq” (Almaniya), “İnter” (İtaliya) – “Xetafe” (İspaniya) və “Mançester Yunayted” (İngiltərə) – LASK (Avstriya) matçları keçiriləcək.

Avqustun 6-də isə “Bayer” (Almaniya) – “Reyncers” (Şotlandiya), “Sevilya” (İspaniya) – “Roma” (İtaliya), “Bazel” (İsveçrə) – “Ayntraxt” (Almaniya) və “Vulverhempton” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) keçiriləcək.

Qeyd edək ki, avqustun 7-8-də isə Çempionlar Liqasının matçları bərpa olunacaq.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600