Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq

media-hightechnic-468x90

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu ölkəyə 16 vaqon (986 ton) dizel yanacağı göndəriləcək.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 9 min ton dizel, 979 ton “Aİ-92” benzini və 2955 ton “Aİ-95” benzini ixrac olunub.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

6 vaqondan ibarət, çəkisi 406 ton olan gübrə və 4 vaqondan ibarət, çəkisi 276 ton olan taxıl 10 may tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05