Bu gün IV tura yekun vurulacaq

media-hightechnic-468x90

Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutacaq.

“Sabah” klubu Masazırda “Sumqayıt”ı qəbul edəcək. Elçin Məsiyevin idarə edəcəyi görüşə saat 18:15-də start veriləcək.

“Şamaxı” isə səfərdə “Zirə” klubunun qonağı olacaq. Zirə İdman Kompleksinin stadionunda, Kamal Umudlunun baş hakim olacağı oyun saat 20:30-da başlayacaq.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Səbail” “Kəpəz”i 4:0, “Turan Tovuz” isə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “Neftçi” görüşündə heç-heçə qeydə alınıb – 1:1.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05