!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün Ümumdünya Gülüş Günüdür

!Reklam – Yazi

Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur.

Yenicag.az xatırladır ki, 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqqında müxtəlif versiyalar var.

Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı. Təqvimin dəyişməsinə baxmayaraq, insanların bəzisi yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük verirdilər.

Əvvəllər Fransada yeni il bayramı məhz aprelin 1-də qeyd olunardı. Həmin gün insanlar bir-birlərini təbrik edər və hədiyyə olaraq təzə balıq göndərərdilər. Lakin XVI əsrdən etibarən kralın fərmanı ilə yeni il dekabrın 31-i – yanvarın 1-i günlərində bayram edilməyə başlamışdı. Lakin “Aprel balığı günü” də unudulmamışdı. Həmin gün fransızların gülüş gününə çevrilmişdi.

Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə – məhz aprelin 1-də “İtaətsizlik bayramı” keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını “söndürə bilərdilər”. Eyni zamanda Səfehlər kralı və ya Zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərdilər. “Səfehlər Günü”ndə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda “xuliqanlıq etmək” mümkün idi.

Digər versiya isə Pasxa ilə əlaqədardır. Bildirilir ki, məhz aprelin 1-də müəyyən ölkələrdə Pasxadan öncəki dövr yaz bərabərliyinin başlanğıcı kimi anılıb. Deyilənə görə, insanlar yeni ilin ilk gününü şən zarafatlarla keçiriblər. Belə adamları ələ salır, onlara axmaq hədiyyələr verir, özlərini isə aprel axmaqları adlandırırdılar.

Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bunun zarafatyana bir tədbir olduğu qeyd edilib.

Tezliklə bu ənənə bütün dünyada o cümlədən Azərbaycanda yayıldı. Düzdür bu gün hamı çalışır aldanmasın, amma yenə də aldananlar da olur.

Mətbuat da 1 apreldə zarafatsız keçinmir. Bəzi zarafat xarakterli dərc olunan xəbərlər güldürsə də, kimlərsə gülüş üçün yayımlanan xəbərlərə xeyli ciddi reaksiyalar verir. Bu tendensiya ən çox xarici KİV-lərdə öz əksini tapır.

COP29

www.yenicag.az

157
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv