!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün zəlzələ baş verən ÖLKƏLƏR - Bu ərazilərdə də yeraltı təkanlar qeydə alındı

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Qəhrəmanmaraş şəhərində 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Osmaniyə, Qaziantep, Hatay, Diyarbəkir, Şanlıurfa, Malatya və Adana şəhərlərində də şiddətli şəkildə hiss olunub. Məlumata görə, zəlzələ nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər yaralanıb, 2818 bina dağılıb.

Yenicag.az xəbər verir ki, bu gün daha iki ölkədə zəlzələ qeydə alınıb.

Belə ki, ABŞ-da Nyu Yorkun Buffalo şəhərində 4,2 bal gücündə zəlzələ baş verib.

Bundan başqa Rumıniyada da yeraltı təkanlar qeydə alınıb. Ruminiyada zəlzələnin maqnitudası 4.6 gücündə olub.

İsraildə isə 6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ölkənin şimalında və mərkəzində hiss olunduğu açıqlanıb.

www.yenicag.az

425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv