Bu günə olan hava proqnozu

media-hightechnic-468x90

Bu gün Azərbaycanda 38 dərəcəyə qədər isti olacağı proqnozlaşdırılıb.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir, bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu Bakıda 32-34° isti təşkil edəcək.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu aranda 33-38° isti, dağlarda 20-25° isti təşkil edəcək.

media-ziraat-728x90

Bu günə olan hava proqnozu

media-hightechnic-468x90

GHVBVBVBu gün Bakıda və Abşeron yarımadasında aprelin 9-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən  verilən məlumata görə, havanın temperaturunun gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 09-da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.

Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 13-18, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600