Bu içkilər ölümə aparır-Video

media-hightechnic-468x90

62351Hazırda ölkəmizə energetik içkilərdən yalnız 4-5 çeşidinin gətirilməsinə icazə var. Lakin bazarda ən azı 10 adda belə içkilərin satıldığını görürük. Bu isə onu göstərir ki, qeyri-qanuni yollarla ölkəyə gətirilən bəzi içkilər daha təhlükəlidir. Ən azından ona görə ki, onların tərkibi yoxlanılmır.

Tərkibi yoxlanılan energetik içkilərsə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin labaratoriyasında yoxlanıldıqdan sonra satışa buraxılır. Satışda olan energetik içkilərsə, daim nəzarətdədir. Bunu Respublika Gigiyena və Epidemialogiya Mərkəzinin qidalanma şöbəsinin müdiri İmran Abdullayev deyir.

Onun sözlərinə görə, bu içkilərin orqanizmə yüksək doza ilə qəbul olduqda fəsadı var, belə də ciddi fakt aşkarlanmayıb:

“Alkaqolsuz, yəni energetik içkilərdə müxtəlif qarışıq məhsullar var. Və bu məhsular bir arada qarışdırıldıqda insanlar bu və ya digər formanda öz təsirini göstərə bilər. Amma bu günə kimi ciddi bir fakt aşkarlanmayıb”.

Bu içkilərin içilməsi sözsüz ki, insanda asılılıq yaradır və uzunmüddətli istifadədən sonra mənfi təsirini göstərir. Odur ki, dahi şair Nizami Gəncəvi demişkən: “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600