Bu iki ölkə də DÇ-2018-ə vəsiqə qazandı

media-hightechnic-468x90

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gəlib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunlar Mərakeş və Tunis yığmalarıdı. Bu iki ölkənin yığma komandası Afrika zonası üzrə seçmə mərhələnin sevinənləri sırasına qoşulub. Tunis A qrupu çərçivəsində bu gün doğma meydanda Liviya ilə qarşılaşıb. Qolsuz heç-heçə meydan sahiblərini mundiala daşıyıb. Bu komanda 6 oyuna 14 xal toplamaqla qrupdakı digər rəqibləri Konqo (13 xal), Liviya (4) və Qvineyanı (3) qabaqlamaqla mundiala vəsiqəni təmin edib.

Mərakeş isə C qrupunda son tur çərçivəsində səfərdə Fil Dişi Sahili üzərində inamlı qələbə qazanıb – 2:0. Nəticədə bu komanda qrup mərhələsini 12 xalla birinci pillədə başa vurub. Mərakeşlilər bu qrupda Fil Dişi Sahili (8 xal), Qabon (6) və Mali (4) ilə mübarizə aparırdı.

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 26-ya çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama və Seneqal yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

Növbəti mundialda bütövlükdə 32 komanda mübarizə aparacaq. Qalan 6 iştirakçının da adına tezliklə aydınlıq gələcək.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05