!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Bu işin arxasında o dayanır” - Mətanətdən həbs xəbərinə REAKSİYA

!Reklam – Yazi

“Məni şantaj edirlər. Bilirəm bu işin arxasında kim dayanır”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış müğənni Mətanət Əsədova insan alverinə görə həbs edilməsi xəbərinə münasibət bildirərkən deyib.

Müğənni onun barəsində şayiələr yayanın bloger olduğunu bildirib:

“Bu yaxınlarda bir nəfər qazi adı ilə zəng edib məni toya çağırdı, getmədim. Həmin adam blogerdir. Mənə dedilər ki, səsini də yazırıq. Bu adamlar məni şantaj edirlər, barəmdə belə çirkin şayiələr yayırlar. Artıq polisə müraciət etmişəm”.

Yazılan iddialara görə o, evində bir neçə qadını pul qarşılığında məcburi iş adamlarına satırmış.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Qaynarinfo-ya verdiyi açıqlamada belə bir faktın olmadığını, müğənninin həbs edilmədiyini bildirib.

Cəvahir

www.yenicag.az

1306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv