!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu jurnalistlərin övladları ali məktəblərə qəbul oldular – FOTOLAR

!Reklam – Yazi

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin ixtisas seçimi mərhələsinin nəticələri açıqlanıb. Bu il ali məktəblərə 55656 abituriyent qəbul olub. Tələbə adını qazanan şəxslər arasında bir çox tanınmış jurnalistlərin övladları da var. 

Yenicag.az universitetə daxil olan jurnalistlərin övladları barədə məlumatları təqdim edir.

“Report” İnformasiya Agentliyinin redaktoru Araz Zeynalovun qızı Röya Zeynallı buraxılış və qəbul imtahanlarında yüksək bal toplayaraq, valideynlərini sevindirib. O, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinə (İngilis-Koreya dili) qəbul olub.

Yenisabah.az saytının baş redaktoru Elnur Məmmədli və APA-nın əməkdaşı Nigar Abbasovanın qızları Bakı Dövlət Universitetinin, kompüter elmləri ixtisasına qəbul olub.

Elməddin Muradlının oğlu da tələbə adını qazanıb. Jurnalistin böyük oğlu Turqut Muradlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter mühəndisliyi fakültəsinə qəbul olub.

Missiya.az saytının baş redaktoru Nicat Hüseyn Dağların oğlu Mirsamir də tələbə adını qazanıb. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın idarə olunması fakultəsinə qəbul olub.

Tanınmış jurnalist Yusif Məhəmmədoğlunun oğlu İsmayıl Bakı Dövlət Universitetinin Geologiya fakültəsinə daxil olub.

Tanınmış televiziya jurnalisti Rauf Rəcəbovun oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Jurnalist Elçin Rüstəmlinin qızı Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə qəbul olub.

TNS xəbər agentliyinin baş redaktoru Gülşən Hacıyevanın oğlu Ərən Allahverdi Ankara Universitetinin Siyasi elmlər fakültəsinə qəbul olub.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv